newsPhoto

Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları önünə qərənfillər düzülüb.

33 il əvvəl xalqımızın şərəf salnaməsi olaraq şanlı tariximizə yazılan 20 Yanvar hadisələri qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur