newsPhoto

Dövlət Miqrasiya Xidmətində Macarıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tamaş Yojef Torma ilə görüşüb.

Xidmət rəisi qonağı ölkәmizә sәfir tәyin olunması münasibәtilә tәbrik edib, Azәrbaycan ilə Macarıstan arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafı istiqamətində hәyata keçirilәn tәdbirlәrdәn danışıb.

İki dövlət arasında miqrasiya sahəsində beynəlxalq platformalar çərçivəsində əlaqələri məmnunluqla qeyd edən Vüsal Hüseynov əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün mövcud  potensiallara diqqət çəkib.

Səmimi qəbula görə təşəkkür edən diplomat ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib, iki dövlət arasında miqrasiya sahəsində әlaqәlәrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur