newsPhoto

Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində bayram süfrəsi təşkil olunub

Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilmiş əcnəbilər üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram süfrəsi açılıb. Xidmətin məsul əməkdaşları tədbir iştirakçılarını ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilən hər iki bayram münasibətilə təbrik ediblər. Bildirilib ki, dünyada tolerant və multikultural ölkə kimi tanınan Azərbaycanda miqrantların hüquq və azadlıqlarının  qorunması diqqət mərkəzində saxlanılır.  
Görüş iştirakçıları tədbirin təşkilinə, Mərkəzdə onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur