Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumatı
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və müddətinin uzadılması ilə bağlı prosedur təkmilləşdirilib.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2022-ci il 9 dekabr tarixli dəyişiklik 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə aşağıdakıları ehtiva edir:
Əmək miqrasiyası kvotası nəzərə alınmadan iş icazəsinin verilməsini və müddətinin uzadılmasını;
İş icazəsi ilə bağlı müraciətə baxılma müddətinin 5 iş günü azaldılmasını;
İş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasını.
İş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləğlərinin aşağıdakı kimi müəyyən edilməsi:
beş iş günü müddətində:
- 3 ayadək - 700 manat;
- 6 ayadək - 900 manat;
- 1 ilədək - 1400 manat.
- 1 il 6 ayadək - 1600 manat;
- 2 ilədək – 1800 manat.
on iş günü müddətində:
- 3 ayadək - 500 manat;
- 6 ayadək - 700 manat;
- 1 ilədək - 1200 manat.
- 1 il 6 ayadək - 1400 manat;
- 2 ilədək – 1600 manat.
on beş iş günü müddətində:
- 3 ayadək - 350 manat;
- 6 ayadək - 600 manat;
- 1 ilədək - 1000 manat.
- 1 il 6 ayadək - 1200 manat;
- 2 ilədək – 1400 manat.