newsPhoto

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Ağsu regional miqrasiya idarəsi tərəfindən Göyçay şəhər Heydər Əliyev Mərkəzində “Qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə tədbirləri üzrə qarşılıqlı işin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, sahibkarlar, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak edib.

Tədbir çərçivəsində insan alverinin qarşısının alınması istiqamətində aidiyyəti qurumların  Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı işinin təşkil edilməsi, regional miqrasiya idarələrinin fəaliyyət istiqamətləri və ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırması ilə bağlı görülən işlər  barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur