Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib
Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən “İnsan alverinin qarşısının alınmasında dövlət orqanlarının və vətəndaşların qarşılıqlı fəaliyyəti” mövzusunda Mingəçevir Dövlət Universitetində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə miqrasiya proseslərinə nəzarət, qanunsuz miqrasiyanın qarşısının alınmasının insan alverinə qarşı mübarizədə əhəmiyyəti, eləcə də əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilməsi qaydaları barədə məlumat verilib.
İnsan alveri ilə bağlı hər hansı şübhələr müşahidə olunduğu halda bu barədə dövlət qurumlarına məlumat verilməsinin zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və onları maraqlandıran suallar cavablandırılıb.