BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin üzvləri ilə onlayn görüş keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Birləşmiş Millətlər Təşkilatınının Miqrasiya üzrə Şəbəkəsinin üzvləri arasında onlayn görüş keçirilib.
Qonaqları salamlayan Xidmət rəisi müvafiq tərəflər arasında miqrasiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verən Şəbəkənin səmərəli fəaliyyətini və miqrasiya sahəsində əlaqələndirilmiş qaydada dəstəyini yüksək qiymətləndirib.
2022-ci ilin miqrasiya üzrə dialoqun inkişaf etdirilməsi baxımından əlamətdar il olduğunu söyləyən Vüsal Hüseynov beynəlxalq tərəfdaşların iştirakı ilə miqrantların rifahının yüksəldilməsi, inklüzivliyin təşviqi istiqamətində əldə edilən nailiyyətləri diqqətə çatdırıb. Bu baxımdan, beynəlxalq təşkilatlarla, xüsusilə də BMT agentlikləri ilə əməkdaşlığı, birgə layihələrin əhəmiyyətini vurğulayıb.
Görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqyev, BMqT-nin əmək mobilliyi və sosial inklüzivlik üzrə baş mütəxəssisi cənab Maykl Nyuson, beynəlxalq ekspert, tədqiqat qrupunun rəhbəri xanım Anna Proxorova çıxış edərək Şəbəkə çərçivəsində miqrasiya idarəçiliyi və birgə əməkdaşlıq istiqamətində prespektivlər barədə fikirlərini bölüşüblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.