newsPhoto

Ağdaş və Lənkəranda maarifləndirmə, Ağsuda səyyar xidmət təşkil olunub

Ağdaşda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və Beynəlxalq miqrant günü”, Lənkəranda isə "Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri. Təhsil hüququnun reallaşması" mövzularında maarifləndirmə tədbirləri keçirilib.

Hər iki tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə təhsil alması məsələsi, onların hüquq və vəzifələrinin həyata keçirilməsində miqrasiya xidmətinin rolu barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bundan başqa Ağsu rayonunda şəxsə yaşadığı ünvanda səyyar xidmət göstərilib, müvəqqəti yaşama icazəsi almaq üçün sənədləri qəbul olunub.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur