newsPhoto

Polşa ilə miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Rafal Poborski, Polşanın Əcnəbilərlə İş üzrə Ofisinin nümayəndəsi cənab Andrzej Karpiak ilə görüşüb.

Qonaqları salamlayan Xidmət rəisi Azərbaycan ilə Polşa arasında miqrasiya sahəsində əməkdaşlığın uğurla davam etdirildiyini, qarşılıqlı əməkdaşlığın bu istiqamətdə əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Vüsal Hüseynov qurumlar arasında ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalar çərçivəsində də əməkdaşlığı və qarşılıqlı dəstək məsələlərini məmnunluqla qeyd edib.

Səmimi görüşdən məmnunluğunu ifadə edən cənab Andrzej Karpiak birgə əməkdaşlığın vacibliyini və qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur