newsPhoto

Yevlaxda tədbir təşkil olunub

Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən “Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilməsi qaydaları, miqrasiya proseslərinə nəzarət, qanunsuz miqrasiyanın qarşısının alınması  və bu sahədə aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda Mərkəzin inzibati binasında tədbir təşkil olunub.

Tədbir iştiakçıları əvvəlcə mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

Hüquq mühafizə orqanlarının əməkdaşlarının, Yevlax şəhər İcra Hakimiyyətinin, həmçinin digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə bağlı göstərilən xidmətlər, həmçinin əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyət barədə məlumatlar verilib.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur