newsPhoto

Maarifləndirmə və səyyar xidmət təşkil edilib

Şirvan regional miqrasiya idarəsi tərəfindən Neftçalada “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması, onlara müvafiq yaşama icazələrinin verilməsi qaydaları, inzibati məsuliyyət və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bundan başqa Gəncə və Yevlax regional miqrasiya idarələri tərəfindən səyyar xidmət təşkil edilib. Səyyar xidmət zamanı yaşadığı ünvanda 1 nəfərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin tanınması barədə qərar təqdim edilib, 3 nəfərin isə müvəqqəti və daimi yaşama icazəsi almaq üçün sənədləri qəbul olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur