Regionlarda səyyar xidmət keçirilib
Yevlax və Lənkəran regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən Ucar, Ağcabədi və Cəlilabad rayonlarında yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı şəxslərin yaşadıqları ünvanlarda müvəqqəti yaşama icazəsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədləri qəbul edilib.