newsPhoto

Dövlət Miqrasiya Xidmətində 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Tariximizin şanlı səhifəsi olan 8 noyabr - Zəfər Gününün ikinci ildönümü ərəfəsində Dövlət Miqrasiya Xidmətində tədbir təşkil olunub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsində iştirak edən əməkdaşlarının olduğu tədbirə qonaq qismində Azərbaycan Ordusunun zabitləri də dəvət olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev I Qarabağ müharibəsinin iştirakçısı kimi Vətən savaşının qürurverici və çətin məqamlarına toxunub. 44 gün ərzində Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və xalqımızın birliyi ilə Azərbaycan Ordusunun öz qüdrətini dünyaya nümayiş etdirdiyini bildirib.

Tədbirə qonaq qismində dəvət olunan Azərbaycan Ordusunun zabitləri 44 gün ərzində keçdikləri döyüş yolu haqqında, döyüş tapşırıqları zamanı yaşadıqları unudulmaz anlar barədə danışıblar. Tədbirdə yeni zəfər səlnaməsi yazmış şanlı Azərbaycan Ordusunun qələbələrindən söhbət açılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlarla xatirə şəkli çəkilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur