newsPhoto

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən tədbir təşkil olunub

20 oktyabr – 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqlara diqqət və qayğının təşviq edilməsi məqsədilə Azərbaycanda qaçqın statusu almış şəxslərin övladları üçün tədbir təşkil olunub.

Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin baş inspektoru Rüfət Əliyev tədbir iştirakçılarını salamlayaraq Dövlət Miqrasiya Xidmətinin uşaqların hüquqlarının qorunmasına daim önəm verdiyini vurğulayıb. “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirin gündəliyi ilə iştirakçıları tanış edib.

Daha sonra çıxış edən Ombudsman aparatının sektor müdiri Turan Cahangirova insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər, eləcə də “Uşaq Hüquqları Aylığı” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Əcnəbi uşaqların problemlərinin Ombudsman aparatı tərəfindən daim diqqətdə saxlanıldığını bildirib.

Tədbir iştirakçılarının sualları və müraciətləri cavablandırıldıqdan sonra Azərbaycanda qaçqın statusu almış şəxslərin övladlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçirilməsi məqsədi ilə hazırlanmış tədbirin gündəliyinə uyğun olaraq “Bakı Zooloji Parkı”na ekskursiya təşkil olunub.  


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur