“Qaçqın statusunun müəyyənləşdirilməsi və sığınacaq proseduruna dair Milli İstiqamətləndirmə Mexanizmi” mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidməti (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) təşkilatçılığı ilə Zaqatala şəhərində “Qaçqın statusunun müəyyənləşdirilməsi və sığınacaq proseduruna dair Milli İstiqamətləndirmə Mexanizmi” mövzusunda növbəti təlim reallaşıb.
Zaqatala rayonu İcra Hakimiyyətinin nümayəndələrinin, rayon məhkəmə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının da iştirak etdiyi tədbirdə sığınacaq axtaran şəxslərin müraciət etmə qaydaları, müraciətlərin araşdırılması proseduru barədə ətraflı məlumat verilib. Son illər bu qəbildən olan insanlarla bağlı tədbirlərin həyata keçirilməsində aidiyyəti dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın daha da artırıldığı diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Şəki regional miqrasiya idarəsinin fəaliyyəti ilə tanış olublar.