newsPhoto

Beynəlxalq platformalı gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agetliyinin təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində Azərbaycanda səfərdə olan müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Miqrantların və qaçqınların inteqrasiya alətləri, metodları və təcrübələr mübadiləsi” mövzusunda görüş keçirilib.

Görüşdə gənclərə dünyada və regionda miqrasiya proseslərinin artan əhəmiyyəti,  Azərbaycanın sürətli inkişafı ilə bağlı olaraq yaradılan və ölkəmizdə miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, prioritetləri, həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verilib. Rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra yaranmış yeni reallıqlar, ölkəmizdə və ümumilikdə regionda miqrasiya proseslərinin dinamikasına əhəmiyyətli təsiri gənclər təşkilatlarının nümayəndələrinin diqqətinə çatdırılıb.    

        Sonda gənclər təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur