newsPhoto

Vətən müharibəsinin ildönümü ilə əlaqədar İkinci Fəxri xiyaban ziyarət edilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti və bir qrup əməkdaşı İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Allah şəhidlərimizə rəhmət etsin.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur