Zərdabda maarifləndirmə tədbiri və səyyar xidmət keçirilib
Yevlax regional miqrasiya idarəsi tərəfindən Zərdab rayonunun ümumtəhsil məktəblərinin direktorları və ərazi icra nümayəndələrinin iştirakı ilə “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və insan alveri ilə mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin leqallaşdırılması və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Zərdabda həmçinin səyyar xidmət də təşkil olunub. Şəxslərin Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsi alması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədləri yaşadıqları ünvanda qəbul edilib.