newsPhoto

Kürdəmirdə maarifləndirmə tədbiri keçirilib

Ağsu regional miqrasiya idarəsi tərəfindən Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Miqrasiya proseslərinin idarə olunmasında regional miqrasiya idarələrinin rolu və fəaliyyət istiqamətləri” mövzusunda  maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Kürdəmir rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, işəgötürənlər, sahibkarlar, turizm sektorunun təmsilçiləri, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbir zamanı regional miqrasiya idarələrinin fəaliyyət istiqamətləri, eləcə də ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşamalarının leqallaşdırması (qanuniləşdirməsi) ilə bağlı müraciət haqqında məlumat verilib.

Sonda suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur