Qax, Kürdəmir və Yevlaxda səyyar xidmət təşkil edilib
Dövlət Miqrasiya Xidmətinin Şəki, Ağsu və Yevlax regional miqrasiya idarələri tərəfindən Qax, Kürdəmir və Yevlaxda sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.
Səyyar xidmət zamanı şəxslərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı arayışlar və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib. Müvəqqəti olma müddətinin uzadılması və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib, həmçinin miqrasiya qanunvericiliyinə dair məlumatlar verilib.