newsPhoto

“Bakı bulvarı” adlı ekskursiya təşkil olunub

Dövlət Miqrasiya Xidməti əməkdaşlarının YARAT Müasir İncəsənət Mərkəzinə və Suraxanı gəmi-muzeyinə ekskursiyası təşkil olunub.

 “Bakı bulvarı” adlı ekskursiyanın məqsədi Xidmət əməkdaşlarının və onların ailə üzvlərinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaratmaqdır.

Əməkdaşlar Mərkəzin ekspozisiyasını bəzəyən müasir sənət inciləri, eləcə də tanker-muzeyindəki gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar.

DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan gəzinti xoş anlarla yadda qalıb və əməkdaşlar tərəfindən maraqla qarşılanıb.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur