newsPhoto

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Lənkəran regional miqrasiya idarəsi tərəfindən, Lənkəran şəhər 4 saylı orta məktəbdə təşkil olunan tədbir “Əcnəbi və vətəndaşlığı olmayan şagirdlərin təhsil hüququ və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi” mövzusuna həsr olunub. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, elektron xidmətlər, 7 gün 24 saat 3 dildə fəaliyyət göstərən 919 Çağrı Mərkəzi barədə məlumat verilib. Həmçinin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və təhsil əsasında müvəqqəti yaşama icazəsi vəsiqəsinin alınması barədə qanunvericilikdə nəzərdə tutulan prosedur qaydalar izah olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.