newsPhoto

Lənkəranda səyyar xidmət keçirilib

Lənkəran regional miqrasiya idarəsi tərəfindən xidməti əraziyə daxil olan Şirinsu qəsəbəsində vətəndaşlığı olmayan Xəqani Hüseynova yaşadığı ünvanda səyyar xidmət göstərilib. Ondan Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib. Həmçinin qanunvericilikdə nəzərdə tutulan prosedur qaydalar izah olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur