newsPhoto

Şəkidə turzim sektorunun təmsilçiləri üçün təlim keçirilib

Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində fəaliyyət göstərən otel, hostel və qonaq evlərinin nümayəndələri üçün təlim keçirilib. Qax və Şəki şəhərlərində reallaşan görüşdə olduğu yer üzrə qeydiyyatın aparılması qaydaları, əcnəbilərin inzibati məsuliyyəti, elektron xidmətlər və onlardan istifadə qaydaları izah olunub. Təlim şifahi məruzələr və əyani təqdimatlar əsasında həyata keçirilib. Sonda iştrakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur