newsPhoto

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR Məktəbi 2” layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin “PR Məktəbi 2” layihəsi uğurla başa çatıb.

Bununla əlaqədar keçirilən mərasimdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti, “Alibəyov” Kommunikasiya və Konsultinq şirkətinin rəhbəri Vəli Əlibəyov və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova layihə iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb və gənclərin layihə çərçivəsində qazandığı biliklərin gələcək karyeralarına mühüm töhfə verəcəklərinə əminliklərini ifadə ediblər.

Daha sonra iştirakçılara sertifikatlar təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2 ay davam edən “PR Məktəbi-2” layihəsində iştirak etmək üçün 219 gənc müraciət edib. Onlardan 20 nəfəri təlimlərdə iştirak etmək hüququ qazanıb və İctimaiyyətlə Əlaqələr, Digital Marketinq, SMM və digər aidiyyəti istiqamətlər üzrə nəzəri, eləcə də praktiki biliklər əldə ediblər. Layihə çərçivəsində məzunlar yaxın bir ay ərzində ölkənin tanınmış reklam və PR şirkətlərində təcrübə keçəcəklər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur