Bərdədə 81 yaşlı şəxsə səyyar xidmət göstərilib
Dövlət Miqrasiya Xidmətinin Yevlax regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Bərdə rayonunun Lək kəndində səyyar xidmət təşkil olunub.
Regional miqrasiya idarəsinin əməkdaşlari tərəfindən ahıl və səhhətində problem olan 81 yaşlı Qazaxıstan vətəndaşı Ələsgərov Məhərrəmdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədi yaşadığı ünvandan qəbul edilib.