newsPhoto

Dövlət Miqrasiya Xidməti aztəminatlı ailələrə yardım aksiyası həyata keçirib

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində ölkəmizdə qaçqın statusu əsasında yaşayan aztəminatlı və digər həssas qruplardan olan ailələrə bayram sovqatı, uşaqlara isə Yeni il hədiyyələri paylanıb.

Kənar tərəfdaşların dəstəyi ilə müntəzəm olaraq humanitar layihələr həyata keçirən Dövlət Miqrasiya Xidmətinin bu dəfəki aksiyası 100-ə yaxın ailəni əhatə edib.  

Yardım aksiyası pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilib. COVİD-19 pandemiyası dövründə xüsusilə diqqətdə saxlanıldıqlarını, hər zaman Azərbaycan dövləti tərəfindən qayğı ilə əhatə olunduqlarını bildirən ailələr minnətdarlıqlarını ifadə ediblər.

Layihədə dəstək olan tərəfdaşlarımıza təşəkkürümüzü bidiririk.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur