newsPhoto

Lənkəranda müəllim və tələbə heyəti maarifləndirilib

Dövlət Miqrasiya Xidmətinin Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisində fəaliyyət göstərən Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar Texnoloji Kollecdə müəllim və tələbə heyətinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

İştirakçılara Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan tələbə və şagirdlərin təhsil hüququnun reallaşdırılması prosedurları, hüquq və vəzifələri, o cümlədən təhsil əsasında ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması qaydaları barədə məlumat verilib.

Sonra iştirakçıları maraqlandıran suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur