newsPhoto

Reinteqrasiya üzrə işçi qrupunun növbəti iclası keçirilib

27 dekabr tarixdə Reinteqrasiya üzrə İşçi Qrupunun 10-cu iclası videoformatda baş tutub.

İclasda Dövlət Miqrasiya Xidməti, Xarici işlər nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Daxili işlər nazirliyi, Təhsil nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, TƏBİB, AZAL, Beynəlxalq Miqrasiya Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın nümayəndələri iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev Reinteqrasiya üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.

Görüşdə cari ilin müvafiq dövrü ərzində işçi qrupu çərçivəsində görülən işlər barədə məlumat verilib, ölkəyə readmissiya edilən şəxslərin müəyyən ehtiyaclarının öyrənilərək onlara sosial-iqtisadi dəstəyin verilməsi, vətənşadlarımızın cəmiyyətə səmərəli və dayanıqlı reinteqrasiyasının həyata keçirilməsi məsələləri, qarşıda duran hədəflər müzakirə edilib.

Qeyd edək ki, Reinteqrasiya üzrə İşçi Qrupu Azərbyacan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının readmissiya sazişləri əsasında geriqəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilən şəxslərin üzləşdikləri (yaşayış yeri, səhiyyə, məşğulluq, sosial müdafiə, təhsil və digər sahələrdə) çətinlik və problemlərin operativ həlli, eləcə də sözügedən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədi ilə 2016-cı ildə yaradılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur