Dövlət Miqrasiya Xidmətinin rəisi Filippinin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre ilə görüşüb. Qonağı salamlayaraq tanışlıqdan məmnunluğunu bildirən Xidmət rəisi səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Səfirin fəaliyyəti dövründə iki ölkə arasında qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafına əminliyini ifadə edən Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre səmimi qarşılanmaya görə minnətdarlığını bildirib. Ölkəsinin miqrasiya idarəçiliyi sahəsində təcrübəsindən söhbət açıb.
Görüşdə mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.