Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “Yaşıl Marafon” ağacəkmə kampaniyasında iştirak ediblər
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Bakının Xocasən qəsəbələrində keçirilən aksiyaya Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da qoşulub. Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin, Dövlət Gömrük Komitəsi rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və əcnəbi tələbələrin də qatıldığı kampaniya zamanı Abşeron yarımadasının iqliminə uyğun 2000-dən çox müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.