“Şəhidini tanı” layihəsi çərçivəsində daha bir şəhid ailəsi ziyarət olunub
Dövlət Miqrasiya Xidmətinin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşı Tural Kərimov və Miqrasiya könüllüləri rəşadətli Ordumuzun hər bir fərdi kimi məkrli düşmənə qarşı mərdliklə döyüşən, Şuşa şəhərinin işğaldan azad olunması zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan baş leytenant Vüsal Məhərrəmovun ailəsini ziyarət ediblər. Görüşdə şəhid Vüsal Məhərrəmovun keçdiyi döyüş yolu xatırlanıb, Ali Baş Komandanın rəhbərliyi altında qalib ordumuz tərəfindən yazılmış şanlı zəfər tarixinə nəzər salınıb, şəhid olan qəhrəmanlarımızın ruhu ehtiramla alınıb. Vüsal Məhərrəmovun, Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”nin iştirakçısı olan oğlu Nihat Məhərrəmov atası ilə bağlı xoş xatirələrini bölüşüb.
Görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin daim uca tutulacağı bildirilib.