newsPhoto

Qazaxda şəhid ailəsi ziyarət olunub

Gəncə regional miqrasiya idarəsinin əməkdaşları Qazax rayon Bala Çaylı kəndində yaşamış şəhid Məmmədov Əvəz Elnur oğlunun ailəsinə baş çəkiblər. Şəhid Ağdam uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. Görüşdə ürəyi daim Vətən eşqi ilə döyünən qəhrəmanımızın müharibədə göstərdiyi igidlikdən söhbət açılıb. Onun şücaətinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə nümunə olduğu bildirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur