newsPhoto

Şəhid ailələri ilə növbəti görüş Ağsuda keçirilib

Ağsu regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən xidməti ərazi üzrə Vətən müharibəsinin şəhid və qazi ailələrinin ziyarəti tədbirləri davam etdirilir.

Suqovuşan və Şuşanın azad olunması, torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhid olan İsmət Qismətoğlu və Cəfərov Sübhan Mehman oğlunun ailəsi ilə görüş keçirilib. Vətən Müharibəsinin qəhrəmanlıq dastanı yazan igidlərinin hər birimiz üçün qürur mənbəyi olduğu vurğulanıb.

İdarə əməkdaşları, həmçinin Vətən müharibəsi qazisi Abdullayev Yaqub Fərrux oğlunun ailəsinə baş çəkiblər. Qəhrəmanın döyüş yoluna nəzər salınıb. Sonda xatirə şəkli çəkilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur