Biləsuvarda növbəti maarifləndirmə tədbiri keçirilib
Budəfəki onlayn tədbir Lənkəran regiona miqrasiya idarəsinin xidməti ərazisi olan Biləsuvar rayonunda fəaliyyət göstərən inzibati ərazi dairələri üzrə nümayəndəliklər ilə “Pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi, olduğu yer üzrə qeydiyyat qaydaları və qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusunda reallaşıb. Görüşdə elektron xidmətlərdən istifadə, olduğu yer üzrə qeydiyyata alınma qaydaları, qanunsuz miqarasiyaya qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.