newsPhoto

Şəki və Lənkəranda əcnəbilərin qeydiyyat məsələləri ilə bağlı onlayn maarifləndirmə tədbirləri keçirilib

Budəfəki maarifləndirmə tədbiri Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan mehmanxana, sanatoriya, hostel, kempinq, turist bazası və digər belə ictimai yerlərin nümayəndələri üçün təşkil olunub. Onlara qeydiyyat qaydaları ilə bağlı həyata keçirilməli olan prosedurlar və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər barədə məlumat verilib. Ölkəyə gələn turistlərin hər hansı problemlə qarşılaşmamaları üçün onları qəbul edən tərəfin qısa müddətdə qeydiyyat prosedurlarını həyata keçirmələrinin zəruriliyi vurğulanıb.

Lənkəran regional miqrasiya idarəsi tərəfindən Lənkəran rayonu üzrə kənd icra nümayəndələrinin iştirakı ilə keçirilən tədbir “Ölkə ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması və pandemiya dövründə əcnəbilərin qeydiyyat məsələləri” mövzusuna həsr edilib. Görüşdə pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, MİGAZ mobil tətbiqi, Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Dövlət sərhədinə giriş-çıxışa qoyulmuş məhdudiyyətlə əlaqədar ölkəni tərk edə bilməyən əcnəbilərin qeydiyyat məsələləri müzakirə olunub.

Hər iki tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur