newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiyaya giriş: Əsas terminlər və anlayışlar” mövzusunda təlim keçirilib

Miqrasiya üzrə Regional Təlim Mərkəzi Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatının birgə layihəsidir. Layihənin hədəf qrupuna miqrasiya ilə əlaqəli sahələrdə işləyən gənc mütəxəssislər, tədqiqatçılar, tələbələr, məzunlar, “Miqrasiya Məktəbi” layihələrinin iştirakçıları, Miqrasiya könüllüləri və digər dövlət qurumlarının könüllüləri daxildir.

Açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, təlimin əhəmiyyətindən söhbət açıblar.

Daha sonra ilk təlimə start verilib. Azərbaycan və ingilis dillərində təşkil olunan seminar “Miqrasiyaya giriş”,  “BMqT-nin miqrasiya idarəçiliyində rolu: Miqrasiya üzrə Qlobal Pakt”, “Dövlətlərin miqrasiya idarəçiliyində rolu - Azərbaycanla bağlı kazuslar”, “Azərbaycanda miqrasiya siyasətinin praktiki aspektləri” mövzularını əhatə edib. Təlimçi qismində BMqT nümayəndələri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları və DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov iştirak ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu cür təlimlərin davam etdirilməsi nəzərdə tutulur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur