newsPhoto

Növbəti maarifləndirmə tədbiri Sabirabadda keçirilib

Şirvan regional miqrasiya idarəsi tərəfindən “Pandemiya dövründə Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması və qanunsuz miqrasiyaya qarşı mübarizə”  mövzusunda  Sabirabad rayonunda onlayn maarifləndirmə tədbiri keçirilib. Rayon ictimaiyyət və kənd icra nümayəndələrinin qatıldığı görüşdə pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, MİGAZ mobil tətbiqi, Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi məsələləri müzakirə olunub. Həmçinin qanunsuz miqrasiya və onun mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən müdafiə tədbirlərindən bəhs olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.