newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin avqust ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin avqust ayı ərzində 12909 zəng daxil olub. Onlardan 11841-i Azərbaycan dilində, 977-si rus dilində, 91-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 4194-ü müvəqqəti yaşama icazəsi, 2822-si müvəqqəti olma müddətinin uzadılması, 802-si daimi yaşama icazəsi, 462-si iş icazəsi, 1198-i vətəndaşlıq məsələləri, 645-i olduğu yer üzrə qeydiyyat, 2786-sı isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur