Lənkəran regional miqrasiya idarəsi tərəfindən onlayn maarifləndirmə tədbiri keçirilib
“Olduğu yer üzrə qeydiyyat qaydaları” mövzusunda reallaşan görüşdə regionda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin nümayəndələri iştirak edib. İştirakçılara pandemiya dövründə ölkəyə gələn əcnəbi turistlərin turizm obyektlərində qeydiyyatı qaydaları, 7 gün, 24 saat 3 dildə fəaliyyət göstərən Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi, elektron xidmətlər barədə ətraflı məlumat verilib.