newsPhoto

Şamaxıda onlayn maarifləndirmə tədbiri keçirilib

Ağsu regional miqrasiya idarəsi tərəfindən Şamaxı rayon icra hakimiyyətinin kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyələrin iştirakı ilə “Pandemiya dövründə Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib. 

Görüşdə iştirakçılara pandemiya dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama icazələrinin alınması və ya uzadılması qaydaları, vətəndaşlıq məsələləri, elektron və onlayn xidmətlərdən istifadə qaydaları, həmçinin Azərbaycan Respublikasının “Miqrasiya Məcəlləsi” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı ətraflı məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur