Yevlax Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən səyyar xidmət keçirilib
Səyyar xidmət zamanı Rusiya vətəndaşı, Yevlax rayon Nərimanabad kənd sakini Lətif Mamayevin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı sənədləri qəbul edilib. Çingiz Hacıyevdən isə müvəqqəti yaşamaq üçün razılıq ərizəsi götürülüb. Həmçinin Rusiya vətəndaşı, Yevlax şəhər Kür küçəsinin sakini İslam Mustafayevə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar təqdim edilib.