newsPhoto

Şirvan regional miqrasiya idarəsi tərəfindən onlayn maarifləndirmə tədbiri keçirilib

Tədbir “İş icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı müraciətlərin elektron xidmətlərdən istifadə etməklə verilməsinin təşviqi və işçi qüvvəsinə tələbatların təminində yaranan çətinliklərin müzakirə olunması, qarşıdakı il üçün əməkçi miqrantlara olan ehtiyaclarla bağlı proqnoz məlumatların hazırlanması”, həmçinin “İnsan alveri və məcburi əmək cinayətləri ilə mübarizə” mövzularına həsr olunub.

Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisində fəaliyyət göstərən iri şirkətlərin, müəssisələrin rəhbər və nümayəndələrinin iştirak etdiyi görüşdə pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, MİGAZ mobil tətbiqi, Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. İş icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı müraciətlərin elektron xidmətlərdən istifadə etməklə verilməsi və işçi qüvvəsinə tələbatların təminində yaranan çətinliklər müzakirə olunub. Tədbir iştirakçılarına insan alveri, məcburi əmək və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən müdafiə tədbirlərindən də bəhs edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur