Qobustanda maarifləndirmə tədbiri keçirilib

Ağsu regional miqrasiya idarəsi tərəfindən Qobustanda “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında insan alverinin qarşısının alınması” və “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzularında onlayn maarifləndirmə tədbiri keçirilib.  

Tədbir iştirakçılarına insan alverinin və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə geniş məlumat verilib. Həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində   Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi kompleks layihələr barədə görüş zamanı verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur