Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir
Xaçmaz regional miqrasiya idarəsi tərəfindən qanunvericiliyin təbliği məqsədilə “Pandemiya dövründə Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.
Əcnəbiləri işə qəbul edən fiziki və hüquqi şəxslərin nümayəndələri, iş icazəsi əsasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, Çağrı mərkəzinin fəaliyyəti, mobil tətbiq – MİGAZ, Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verilib
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.