newsPhoto

Dövlət Miqrasiya Xidməti və “ForAzerbaijan” Beynəlxalq Təşkilatının şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”ndə iştirakçılar səmərəli vaxt keçiriblər

Düşərgə iştirakçıları günə Mərkəzi Banka ekskursiya ilə başlayıblar. Onlara “Maliyyə savadlılığı” mövzusunda təlim keçilib. Qaliblər qapalı şəraitdə pulun emalı prosesi ilə də tanış olublar.

9-cu günün proqramına uyğun olaraq, uşaqlar peşəkar rəssamların iştirakı ilə rəngli boyalarla düşərgənin divarlarında kompozisiya üzərində işlərə başlayıblar. Bundan əlavə, ənənəvi təlim və yarışlara qatılıblar.

Daha sonra İnsan Hüquqları üzrə Müvəkkil, Ombudsman Səbinə Əliyeva, “ForAzerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının yaradıcı üzvləri Ülviyyə Zeynalova və Fuad Hüseynov, həmçinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova düşərgənin gedişi ilə maraqlanmaq üçün əraziyə gəliblər. Uşaqlara yaradılan şəraitlə tanış olub, onların təəssüratlarını öyrəniblər.

Günün sonunda iştirakçılar “Oğlan evi” filminin baş rol ifaçıları Elcan Rəsulov, İslam Mehrəliyev və Elşən Hacıbabayevlə görüşüblər. Onlarla birgə filmə baxıb, şəkillər çəkdiriblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur