newsPhoto

Daha bir maarifləndirmə tədbiri Lənkəranda keçirilib

Lənkəran regional miqrasiya idarəsi tərəfindən Lənkəran Dövlət Universitetinin tələbə və müəllim heyətinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin müasir tələblərə cavab verməsi, pandemiya dövründə  operativ qərarlar qəbul edərək əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını təmin etmək məqsədilə görülmüş işlər barədə məlumat verilib.

Həmçinin 15 iyun 2021-ci il tarixdə Azərbaycan və Türkiyə arasında imzalanmış tarixi Şuşa Bəyannaməsinin mahiyyəti mövzusunda çıxışlar edilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur