newsPhoto

DMX yanında İctimai Şuraya seçki keçirilib

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 6 iyul 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya  (bundan sonra İctimai Şura) seçkilər keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 3 namizəd İctimai Şuranın üzvü seçilmişlər:

  • Allahverənov Azər Kərim oğlu - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi;
  • Dadaşova Şərqiyyə Ənvər qızı - “Regional Gender Mərkəzi” İctimai Birliyi;
  • Səfərova Zəminə Yediyar qızı - “İnkişaf və Rifah Naminə” İctimai Birliyi

İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 6 yer üçün 9 iyul 2021-ci il tarixdə saat 10:00-dan 16:00-dək  Bakı şəhəri regional miqrasiya idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) namizədliyi qeydə alınmış aşağıdakı şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir:

  • Ağalarlı Müşfiq Atamoğlan oğlu;
  • Sadıqov Mirfətta İsmayıl oğlu;
  • Həsənov Samir Akif oğlu;
  • Vəliyev Asim Nazimoviç, “Gənclərin Töhfəsi” İctimai Birliyi;
  • Əliyev Vüsal Yusif oğlu, “Sabaha İnam” sosial inkişaf İctimai Birliyi;
  • Kazımov Aqil Qədim oğlu, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi;
  • Əliyev Emin Fazil oğlu, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi;
  • Kərimova Səbinə Aqil qızı, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi;
  • Rəhmanlı Şahin Elman oğlu, “İrəli” İctimai Birliyi;
  • Şirinov Elçin Vaqif oğlu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi;
  • Kərimova Lamiyə Ağa qızı, Psixososial Reabilitasiya və İnkişaf İctimai Birliyi;
  • Məmmədov Kazım Eldar oğlu, “Gələcək” intellektual inkişafa yardım İctimai Birliyi;
  • Əsgərov Fuad Füzuli oğlu, “Qan Donarları Assosiasiyası” İctimai Birliyi;
  • Fətullayev Vidadi Bayram oğlu, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi;
  • Əliyev Şəmsəddin Mənsur oğlu, “Polisə Dəstək” İctimai Birliyi;
  • Kətanov Məmməd Teymur oğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti;
  • Haşımova Aydan Bəhərçin qızı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi;
  • Quliyeva Nigar Qələbə qızı;
  • Mehtiyeva Rahilə İbrahim qızı, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi;
  • Niftalı Habil Abid oğlu, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi;
  • Vəliyeva Fəridə Talıb qızı, “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi;
  • Ağayeva Zenfira Hüseyn qızı, “Sahibkar Qadınlar” İctimai Birliyi;
  • Məmmədova Kəmalə Natiq qızı, İnjuria hüquq jurnalı;
  • Gül Ətrabə Bayram qızı, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi;
  • Mustafayeva Samirə Vəli qızı, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi;
  • Nağıyev Elşən Raqub oğlu, “Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə” İctimai Birliyi.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur