newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Wolfgang Manig ilə görüşüb.

Qonağı səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov iki ölkə arasındakı münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndirib. Görüşün qarşılıqlı əlaqələrin tərəqqisinə təkan verəcəyinə əminliyini bildirib. Ölkələr arasında miqrasiya sahəsində böyük potensialın mövcud olduğunu qeyd edib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Wolfgang Manig ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşdə ölkələrarası münasibətlərin daha da dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur