newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

Ağcabədi Rayon İcra Hakimiyyətində rayon ictimaiyyət nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında isə müəllim və tələbə kollektivi ilə Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti, həmçinin miqrasiya qanunvericiliyi barədə onlayn  maarifləndirmə tədbiri  keçirilib. Bəyannamənin strateji önəmindən söhbət açılıb. Sənədin Azərbaycan xalqının Qurtuluş Gününə və Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi önəmi vurğulanıb. Azərbaycan və Türkiyə əlaqələrinin daha da inkişafı, işğaldan azad olunmuş ərazilərdə miqrasiya proseslərinin tənzimlənməsi perspektivləri barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur